VAQONLAR

Qapalı vaqon

Hər tərəfdən bağlı vaqon tipi. Qapalı vaqon yükü pis hava şəraitində belə təhlükəsiz, mühafizəli və mexaniki zədələrdən qoruyaraq daşınmasını təmin edən vaqon növüdür.

Yarımvaqon

Yüksək bortlu üstü açıq tipli dəmiryolu yük vaqonu qablaşdırılmamış yüklərin (filiz, kömür, flüs, meşə materialları və s.), konteynerlərin, atmosfer təsirlərindən qorunmayan digər yüklərin daşınması üçün nəzərdə tutulub.

Platforma

Atmosfer təsirlərindən qorunmayan uzun ölçülü, ədədlə olan və səpələnən yüklərin və avadanlıqların daşınması üçün açıq tipli yük vaqonu. Bundan başqa, konteyner daşınması üçün də istifadə edilir (yüklərin konteynerlərdə daşınması).



Sistern

Duru yüklərin daşınamsı üçün nəzərdə tutulan vaqon tipi.

Taxıldaşıyan

Taxıl növlərınln və digər səpmə yüklərin daşınması üçün nəzərdə tutulan vaqon tipi

Sement daşıyan vaqon

Böyük həcmdə qablaşdırılmamış sementin daşınması üçün nəzərdə tutulan vaqon tipi



TMHYV vaqon

Tam metaldan hazırlanmış yük vaqonu. Bu vaqon tipi 240-250 kub bana malikdir ki, bu da adi banlardan 1,5-2 dəfə çoxdur. Beləliklə də , nisbətən çəkisi böyük olmayan yüngül çəkili, həcmli yüklərin daşınması üçün nəzərdə tutulub.

Avtomobil daşıyan -vaqon (vaqon-setkalar)

Avtomobillərin, onlar üçün qoşquların, mikroavtobusların və trolleybusların daşınması üçün xüsusi təyinatlı yük vaqonları. Özündə həcmi artırmaq üçün iki yaruslu qapalı vaqonu əks etdirir, aşağı yükqaldırma qabiliyyətində nisbətən iri çəkiyə malikdirlər.