KARYERA

“GlobeTrans “MMC gənc və dinamik inkişaf edən şirkət olaraq, təcrübəli mütəxəssislərin və istedadlı gənclərin axtarışındadır.
Siz iddialı və məqsədinizə çatmaq arzusundasiniz ? Komandada işləmək bacarığınız var? Əgər elədirsə o zaman Sizi bizim mütəxəssislər sırasına qoşulmağa dəvət edirik.

Bizim şirkət öz əməkdaşlarına karyera inkişafı üçün imkan yaradır. Profesional imkanlarınin nümayiş etdirilməsinə məhdudiyyət qoymuruq, əksinə karyera yüksəlişinə şərait yaradırıq.
Hər şey Sizin istəyiniz və qarşıya qoyduğunuz məqsədlərdən asılıdır – əməkdaşdan şöbə rəhbərinə qədər yüksəlməyə imkanınız var.

Biz işçilərə təklif edirik:
  • Rəsmi əmək müqaviləsi
  • Əmək qanunvericiliyinin gözlənilməsinə zəmanət veririk

Siz öz CV-nizi office@globetrans.az ünvanına göndərməklə və ya saytımızdan ərizə formasını onlayn doldurmaqla bizim kollektivimizin üzvü ola bilərsiniz.

Seçim prosesi ilə aşağıda tanış ola bilərsiniz.

Ərizələrin və cv-lərin yoxlanılması
İnsan Resurslarışöbəsi tərəfindən hər bir müraciət qısa müddət ərzində nəzərdən keçirilir, CV-ləri ilkin mərhələdən uğurla keçən namizədlərlə əlaqə saxlanılır.

Müsahibələr

Seçim prosesi 2-3 mərhələli müsahibələrdən ibarət olmaqla həyata keçirilir. Müsahibələrin tarixi namizədlərlə əlaqə saxlanıldıqdan sonra müvafiq olaraq təyin edilir və bu barədə məlumat namizədlərə telefon və ya e-mail vasitəsilə bildirilir. İlk müsahibə, İR nümayəndələri ilə təyin edilir və bu mərhələdə əsas məqsəd sizin təhsiliniz və iş təcrübəniz haqqında ətraflı məlumat toplamaq və sizi daha yaxından tanımaqdır. Bu mərhələdə, siz həmçinin, “Globetrans” MMC haqqında sizi maraqlandıran sualları ünvanlamaq, müraciət etdiyiniz vəzifə, eləcə də, şirkətin sizə təqdim etdiyi fayda və mənfəətlər barədə ətraflı məlumat əldə etmək və s. kimi imkanlar əldə edəcəksiniz.

İkinci müsahibə, müraciət etdiyiniz vəzifənin müvafiq departament rəhbəri ilə baş tutacaqdır. Bu mərhələdə əsas hədəf sizin iş təcrübəniz və münasib sahə üzrə biliklərinizi aşkara çıxarmaqdır. Bu zaman, zərurət halında, yazılı tapşırıq və ya test mərhələsi də təşkil olunur.

Sonuncu mərhələdə isə müsahibə Şirkətin direktoru ilə tanışlıq mərhələsidir. Həmin mərhələdə yekun seçim edilərək namizədlərdən birinin müraciət etdiyi vəzifəyə təyin edilməsi barədə qərar qəbul edilir.

İş təklifi
Seçilmiş namizədlər seçim mərhələlərinin yekun nəticələri haqqında və mühüm məlumatlar (işə başlama tarixi, əmək haqqı və şirkət tərəfindən təqdim olunan mənfəət və faydalar) barədə e-mail və ya telefon vasitəsi ilə məlumatlandırılırlar.

CV Formasını yüklə