HAQQIMIZDA

Haqqımızda

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir.Ölkəmizin nəqliyyat sisteminin inkişaf etmiş mühüm sahələrdən biri də dəmir yollarıdır. Hal-hazırda əlverişli coğrafi məkanda yerləşən respublikamız bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir.Son illər dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb. Həmçinin beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib. Azərbaycanın yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəyini və ölkəmizin dəmir yolları üzrə yük daşıma xidmətlərinin müasir standartlara cavab verməli olduğunu nəzərə alaraq MDB, Pribaltika, Avropa, Orta Asiya arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə 2018-ci ildə “Globetrans"MMC müəssisəsi yaradılmışdır.
"Globetrans" MMC Azərbaycanda aqrar yüklərinin daşınmasında özəl vaqon parkına sahib olan yeganə şirkətdir. Qısa bir zaman ərzində şirkətimiz taxıl ixracının böyük bir hissəsini məhz Azərbaycan vaqonları vasitəsi ilə həyata keçirməkdədir.
Məqsədimiz fəaliyyətimizdə davamlı təkmilləşdirməni əsas tutaraq müştərilərə göstərilən xidmət keyfiyyətinin daha da artırılmasıdır.

Missiyamız

Yük daşınmasının inkişafı hərtərəfli yanaşma tələb edir. İnfrasturkturun yenilənməsi, müasir texnologiyaların tətbiqi və düzgün kadr siyasəti "GlobeTrans"MMC-ni yerli və MDB məkanında rəqabətə davamlı şirkətə çevirmişdir. Bizim uzun müddətli prioritetimiz yüksək etik standartlara riayət edən, keyfiyyətli xidmətlər göstərən, mükəmməl işgüzar nüfuza malik olan respublikanın aparıcı daşıma şirkətinə çevrilməkdir. "Globetrans"MMC idxal, ixrac və tranzit daşımaları sahəsində davamlı olaraq yeniliklərə imza atmaqdadır. Yerli və xarici müştərilər ilə daimi apardığımız iş nəticəsində şirkətimiz, dinamik bazarın ayrılmaz iştirakçısına çevrilmişdir. Şirkətimiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub kimi nəhəng regional lahiyələrin inkşafı üçün öz qüvvəsini səfərbər etmişdir.

İnkişaf edən Azərbaycan iqtisadiyyatında yük daşınmalar ön sıralarda yer almaqdadır və biz şirkət olaraq bu böyük bir ailənin bir üzvü olmaqdan qürur duyuruq!